Dövlət İmtahan Mərkəzi tərəfindən 2, 9, 16 və 23 dekabr 2025-ci il tarixlərində avtomobil sürücülərinin və məsul şəxslərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
AzEdu.az xəbər verir ki, sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.