Azedu.az

Günəşdə güclü partlayışlar baş verib

Xəbərlər

11 Fevral 2026, 14:01
Günəşdə güclü partlayışlar baş verib

Fevralın 11-də Günəşin aktiv bölgəsində üç güclü partlayış qeydə alınıb.

AzEdu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"11 fevralda Moskva vaxtı ilə saat 03:09-da (Bakı vaxtı ilə saat 04:09 - red.) 4 366 Günəş ləkəsi qrupunda (N16W84) rentgen diapazonunda 24 dəqiqə davam edən M1.2 partlayışı olub.

Moskva vaxtı ilə saat 03:44-də (Bakı vaxtı ilə saat 04:44 - red.) isə 4 366 Günəş ləkəsi qrupunda (N19W87) rentgen diapazonunda 21 dəqiqə davam edən M1.1 partlayışı baş verib.

Həmçinin, Moskva vaxtı ilə saat 03:57-də (Bakı vaxtı ilə saat 04:57 - red.) 4 366 Günəş ləkəsi qrupunda (N17W87) rentgen diapazonunda 9 dəqiqə davam edən M1.4 partlayışı müşahidə olunub", - deyə məlumatda bildirilib.

Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər!
Son xəbərlərDaha çox