Azedu.az

Qobustanda dəm qazından nənə və nəvəsi ölüb

AzEdu Təhsil Platforması

10 Fevral 2026, 20:04
Qobustanda dəm qazından nənə və nəvəsi ölüb

Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.

AzEdu.az xəbər verir ki, hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatları müvafiq qurumlar tərəfindən araşdırılır.

Rusiyada PANİKA! Ukraynadan şok zərbələr- Əhali hava limanına doluşdu
Son xəbərlərDaha çox