Fevralın 8-də saat 10:00 radələrində 1996-cı il təvəllüdlü hamilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib: "Körpənin (kişi) çəkisi 4100 qr., boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 09.02.2026-cı il tarixində saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb".
Qeyd edək ki, faktla əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
10:42
Beyləqan rayonunda qeydə alınan yeni doğulmuş körpənin ölümü faktı ilə əlaqədar müvafiq araşdırmalara başlanılıb.
AzEdu.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan, 1996-cı il təvəllüdlü Ülviyyə Əliyeva 39 həftəlik hamiləliklə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib.
Doğuş prosesinin normal tamamlanmasına rəğmən, dünyaya gələn oğlan uşağı qısa müddət sonra vəfat edib. Hazırda ananın sağlamlıq vəziyyətinin normal olduğu bildirilir.