Tailandda şagirdi ev tapşırığını yerinə yetirmədiyinə görə cəza olaraq 800 dəfə çömbəlməyə məcbur edən müəllimə qarşı məktəbdaxili araşdırma aparılır.
AzEdu.az xəbər verir ki, bu barədə "The Thaiger" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Lopburi bölgəsində baş verib. Özünü pis hiss edən oğlanın atası hadisəni sosial mediada paylaşıb. Uşaq şiddətli ayaq ağrısı və böyrək funksiyasının pozulması ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı müəllimin qayda pozuntuları təsdiqlənib. Müəllim müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Şagirdin vəziyyəti sabitləşib, lakin onun əlavə reabilitasiyaya ehtiyacı var.
Əyalət qubernatoru istintaqı şəxsi nəzarətinə götürüb və yerli rəsmilər zərərçəkənin ailəsindən üzr istəyiblər. Xəstəxanada şagirdi ziyarət etməyə cəhd edən müəllimə giriş icazəsi verilməyib.