Azedu.az

Ağcabədidə bıçaq xəsarəti alan uşağın durumu AÇIQLANIB

Xəbərlər

9 Fevral 2026, 19:59
Ağcabədidə bıçaq xəsarəti alan uşağın durumu AÇIQLANIB

Ağcabədidə bir neçə gün əvvəl çoxsaylı bıçaq yarası alan 7 yaşlı uşağın vəziyyəti stabildir.

AzEdu.az xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Azad Hüseynov məlumat verib.

Onun sözlərinə gör, azyaşlı Reanimasiya şöbəsindən çıxarılaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Fevralın 4-də bədəninin müxtəlif nahiyələrində çoxsaylı kəsilmiş-deşilmiş yara ilə müraciət edən uşağın vəziyyəti stabildir. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir".

Xatırladaq ki, hadisə fevralın 4-də Ağcabədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü uşaq çoxsaylı bıçaq yarası alıb. Azyaşlını bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.

ƏHALİYƏ ŞAD XƏBƏR! Bu şəxslərin maaşlarıı artırılacaq
Son xəbərlərDaha çox