Azedu.az

Günəşdə partlayış başa çatıb

Xəbərlər

8 Fevral 2026, 09:12
Günəşdə partlayış başa çatıb

Fevralın əvvəlindən müşahidə olunan XXI əsrin ən güclü Günəş partlayışlarından biri yekunlaşıb.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Alimlərin bildirdiyinə görə, Günəşin Yerə maksimum təsir zonasına daxil olan 4366 nömrəli aktiv sahə fevralın 4–5-də yüksək fəallıq göstərib. Həmin müddətdə burada M və X siniflərinə aid ümumilikdə 11 partlayış qeydə alınıb. Lakin fevralın 6-dan etibarən bu bölgədə aktivlik kəskin şəkildə azalıb və sonrakı günlərdə minimum səviyyədə qalıb.

Mütəxəssislər vurğulayıblar ki, baş verən partlayışların heç biri Yer kürəsində güclü maqnit qasırğalarına səbəb olmayıb.

Tədqiqatçıların qənaətinə görə, Günəş yaxın vaxtlarda nisbi sabitlik mərhələsinə daxil ola bilər, lakin bu dövrün nə qədər davam edəcəyi hələlik dəqiq deyil. 

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox