Sumqayıtda dəm qazından zəhərlənmə olub.
AzEdu.az xəbər verir ki, hadisə şəhərinin 13-cü mikrorayonunda baş verib.
Bir ailənin dörd üzvü xəstəxanaya çatdırılıb.
Məlumata görə, hamam otağında yaranan qaz sızması səbəbindən 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənərək Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.
Hadisə zamanı ailənin iki azyaşlı övladı — 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də dəm qazından zərər çəkib. Uşaqlar Sumqayıt şəhər Uşaq Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.