Azedu.az

16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub

Xəbərlər

6 Fevral 2026, 16:02
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub

Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub.

AzEdu.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, təqsirləndirilən T.M-nin yetkinlik yaşına çatmadığı əsas gətirilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Ağcabədi rayonunda baş verib. Ailə münaqişəsi zəminində T.M. 16 yaşlı bacısı F. M-ni kəsici-deşici alətlə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox