Bu gün səhər saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
AzEdu.az xəbər verir ki, hadisə şahidi olan şagird hadisə ilə bağlı bunları deyib:
"Məktəbdə müəllimlər onu çox sıxırdı. Yaxşı, sakit uşaq idi və başqa heç bir problemi olmayıb. Dərsləri də yaxşı idi. Güllələnən müəllim mənim də müəllimim olub. Yaxşı müəllim idi".