Azedu.az

Şagirdin müəllimi güllələdiyi liseyin “əl yandıran” TƏHSİL HAQLARI

Xəbərlər

6 Fevral 2026, 11:27
Şagirdin müəllimi güllələdiyi liseyin “əl yandıran” TƏHSİL HAQLARI

Bakı şəhəri Ziya Bünyadov 3 (Keçmiş Karl Marks heykəli ilə üzbəüz) ünvanında yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. 

Məlumata görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

2008-ci ildə Sumqayıtda yaradılıb. 2014-cü ildə Bakı filialı fəaliyyətə başlayıb. 

"İdrak" liseyi ali məktəblərə qəbul nəticələri hər il üçün 100 faiz olan yeganə məktəbdir. 

Liseyin iki filialı var: Azadlıq filialı və İdrak Liseyi – Sumqayıt filialı.

AzEdu.az xəbər verir ki, valideynlər tərəfindən ən çox seçilən liseylərdən birinin təhsil haqları heç də az deyil.

Belə ki, ibtidai (I-IV) siniflər üçün 10 000-12 500;

Orta (V-IX), tam (X-XI/XII) siniflər üçün 10 500-16 500 azndir.

Bu məbləğlərə şagirdlərin gündəlik qidalanması da daxildir.

İdrak Liseyində tədris prosesi müasir infrastruktur əsasında təşkil olunub. Liseydə sinif otaqları, laboratoriyalar, kompüter otaqları, kitabxana və idman zalı fəaliyyət göstərir. Dərslərlə yanaşı, əlavə məşğələlər də keçirilir.

Şagirdlərin olimpiadalarda, elmi layihələrdə, idman və mədəni tədbirlərdə iştirakı təmin olunur. Liseydə qidalanma, psixoloji dəstək, təhlükəsizlik və gigiyena məsələlərinə nəzarət edilir. Təhsil müəssisəsi nəqliyyat xidməti, yeməkxana, tibb məntəqəsi və istirahət zonaları ilə təmin olunub.

Qeyd edək ki, Liseyin rəhbəri Mönsüm Alışov açıqlamasında deyib ki, şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə isə ehtiyatsızlıqdan baş verib. 

 

Dünən b*ıçaqlanma, bugün g*üllələnmə - Ölkədə nə baş verir?!
Son xəbərlərDaha çox