Azedu.az

Qəbul faizi 100% dolan yeganə lisey artıq ilk seçim olmayacaq

Xəbərlər

6 Fevral 2026, 11:04
Qəbul faizi 100% dolan yeganə lisey artıq ilk seçim olmayacaq

Bakı şəhəri Ziya Bünyadov 3 (Keçmiş Karl Marks heykəli ilə üzbəüz) ünvanında yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. 

Məlumata görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

Liseyin rəhbəri Mönsüm Alışov açıqlamasında deyib ki, şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə isə ehtiyatsızlıqdan baş verib

AzEdu.az xəbər veririr ki, "İdrak" liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq lisenziyası ilə fəaliyyət göstərən özəl təhsil müəssisəsidir.

2008-ci ildə Sumqayıtda yaradılıb. 2014-cü ildə Bakı filialı fəaliyyətə başlayıb. 

"İdrak" liseyi ali məktəblərə qəbul nəticələri hər il üçün 100 faiz olan yeganə məktəbdir. Liseyi bitirən məzunların 40 faizi xarici ölkələrdə, qalanları isə ölkə  universitetlərinin dövlət sifarişli ixtisaslarında təhsil alır.

Şagirdlər gün ərzində 3 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar. Liseyin binası müasir isitmə və soyutma sistemi ilə təchiz edilib, fasiləsiz olaraq DİN əməkdaşları tərəfindən mühafizə olunur. Kənar şəxslərin binaya girişi qadağandır.

Valideynlər artıq kütləvi şəkildə övladlarını dərsdən aparırlar ki, bu da liseyin nüfuzuna və gələcək qəbullarına birbaşa təsir göstərəcək amil olacaq. 

Qeyd olunir ki, lisey fasiləsiz şəkildə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən mühafizə olunur və kənar şəxslərin binaya girişi qadağandır.

Lakin, lisey rəhbəri iddia edir ki, şagird ov tüfəngini çantasında keçirib. 

Nəticə etibarilə, lisey binasının fasiləsiz şəkildə mühafizə olunmasına və kənar şəxslərin girişinə qadağa qoyulmasına baxmayaraq, şagirdin ov tüfəngini çantasında binaya keçirə bilməsi təhlükəsizlik tədbirlərinin tam və effektiv şəkildə həyata keçirilmədiyini göstərir.

Bu fakt, şagirdlərin çantalarının yoxlanılmadığı və ya yoxlamaların formal xarakter daşıdığı ehtimalını gücləndirir. Belə bir vəziyyət isə təhsil müəssisəsində şagirdlərin və əməkdaşların təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmadığını ortaya qoyur və mövcud nəzarət mexanizmlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Dünən b*ıçaqlanma, bugün g*üllələnmə - Ölkədə nə baş verir?!
Son xəbərlərDaha çox