Azedu.az

Bakıda şagird müəllimi güllələdi - YENİLƏNİB

Xəbərlər

6 Fevral 2026, 10:49
Bakıda şagird müəllimi güllələdi - YENİLƏNİB

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

AzEdu.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib. 

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

10:29

Bakıda liseydə şagird müəllimini güllələyib.

AzEdu.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib.

Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

(mənbə:unikal.az)

 

Dünən b*ıçaqlanma, bugün g*üllələnmə - Ölkədə nə baş verir?!
Son xəbərlərDaha çox