Qeyri-rəsmi olaraq "yadplanetli gəmi" adlandırılan ulduzlararası 3I/ATLAS kometası Günəş sistemindən keçərkən üzvi molekulların izlərini buraxıb.
AzEdu xəbər verir ki, bu barədə NASA-nın "SPHEREx" kosmik missiyasının məlumatlarında qeyd olunub.
Məlumata görə, 3I/ATLAS kometası 2025-ci ilin dekabrında Günəşə yaxınlaşdıqdan sonra kosmosa aktiv şəkildə qazlar püskürməyə başlayıb. Alimlər hazırda kometaların Günəşə yaxın keçidi zamanı adətən buraxdığı maddələrin - üzvi molekulların, hisin və daş tozunun toplanmasını müşahidə edirlər.
Mütəxəssislərin fikrincə, Günəşin istiliyi obyektin səthindəki buzların əriməsinə səbəb olub. Nəticədə müxtəlif kimyəvi maddələrin qarışığı səthdən ayrılaraq qaz-toz örtüyü formalaşdırıb.
102 infraqırmızı diapazonda aparılan analizlər göstərib ki, buraxılan maddələrin tərkibində Günəş sisteminin erkən dövrləri üçün xarakterik olan birləşmələr mövcuddur.