Ədliyyə və Elm və Təhsil Nazirlikləri hüquq ixtisasının inkişafı ilə bağlı işçi qrup yaradıb.
AzEdu.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, məqsəd hüquq ixtisasının inkişafı üzrə danışıqların aparılmasıdır:
"Hüquq təhsilinin inkişafı üçün tədbirlər davam etdirilməli, mərhələləri şəkildə ciddi addımlar atılmalıdır. Uzun illərdir təhsil proqramları dəyişmir. Hüquq nəzəriyyəsi dərslikdən tədris olunmur. Problem odur ki, hüquq təməl problemləri orijinal mənbədən oxunmalıdır. Hüquq fənləri üzrə müəllim heyətinə, xüsusilə tədqiqat aparan müəllimlərə ehtiyac var".