İki aylıq körpələr dünyanı dərk etməyə başlayır
Yeni araşdırma göstərib ki, cəmi iki aylıq körpələr artıq ətraf aləmdə gördükləri obyektləri kateqoriyalara ayıra bilirlər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fakt körpələrin qavrama və öyrənmə qabiliyyətinin gözləniləndən xeyli daha erkən formalaşdığını göstərir.
Trinity College Dublin universitetinin alimləri körpələrin beyin fəaliyyətini skan edərək onların heyvan, oyuncaq və gündəlik əşyaların şəkillərinə fərqli reaksiyalar verdiyini müəyyən ediblər. Süni intellektin köməyi ilə aparılan təhlillər erkən mərhələdə kateqoriya tanınmasını üzə çıxarıb.
Tədqiqat Trinity College Institute of Neuroscience və Psixologiya Məktəbi tərəfindən aparılıb və nəticələr "Nature Neuroscience" jurnalında dərc olunub.