Azedu.az

 Professor vəfat etdi

Xəbərlər

5 Fevral 2026, 09:32
 Professor vəfat etdi

Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

AzEdu.az xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o, dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, O. Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.

Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı, 10 may 2016-cı ildə Elm və Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunub. 

1314746.jpg (17 KB)

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox