MIT alimləri şüurun necə yarandığını anlamağa kömək edə biləcək yeni bir texnologiya üzərində çalışırlar.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, transkranial fokuslaşdırılmış ultrasəs adlanan bu üsul beynin dərin bölgələrini qeyri-invaziv və dəqiq şəkildə stimullaşdırmağa imkan verir.
Tədqiqatçılar bu texnologiya vasitəsilə şüurlu qavrayışa, düşüncəyə və hisslərə cavabdeh olan sinir dövrələrini birbaşa araşdırmağı hədəfləyirlər. Yeni metod əvvəlki beyin stimullaşdırma üsullarından fərqli olaraq, cərrahi müdaxilə tələb etmir və daha dərin beyin strukturlarına təsir göstərə bilir.
MIT araşdırmaçıları bildirirlər ki, bu yanaşma şüur tədqiqatlarında sadəcə müşahidə ilə kifayətlənməyib, səbəb-nəticə əlaqələrini öyrənməyə imkan verəcək.
Araşdırma Neuroscience and Biobehavioral Reviews jurnalında dərc olunub və beynəlxalq alimlər qrupu tərəfindən aparılıb.