Azedu.az

Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edəcək 

Xəbərlər

4 Fevral 2026, 11:23
Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edəcək 

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 13 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox