Azedu.az

Bakıya qonaq gələn tələbə itkin düşdü

Xəbərlər

3 Fevral 2026, 23:34
Bakıya qonaq gələn tələbə itkin düşdü

Gəncə Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb.

AzEdu.az xəbər verir ki, 19 yaşlı Vasif Abidinovdan bir neçə gündür xəbər yoxdur.

Məlumat üçün bildirək ki, Vasif Abdinov Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir.

O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlib.

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 19 yaşlı şəxs axtarışa elan edilib.

“Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcəkdir”.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox