8-18 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.
AzEdu.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə fevralın 2-dən Naxçıvan Şahmat Mərkəzində 8-18 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.
️Fevralın 7-dək davam edəcək birincilikdə 6 fərqli yaş qrupunda 100-ə yaxın oğlan və qız şahmatçı iştirak edir.
Qeyd edək ki, bir neçə ildir ki, muxtar respublikada bu yaş kateqoriyası üzrə muxtar respublika birinciliyi keçirilmirdi.
Yarış “İsveçrə” sistemi üzrə aparılır.
İlk 3 yeri tutan şahmatçılar mart ayında keçiriləcək 8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatında iştirak haqqı qazanacaqlar.