Azedu.az

BilBacar müsabiqəsinin III hazırlıq mərhələsinə start verildi

Xəbərlər

3 Fevral 2026, 15:41
BilBacar müsabiqəsinin III hazırlıq mərhələsinə start verildi

Bu gündən etibarən BilBacar müsabiqəsinin III “Hazırlıq” mərhələsi aktivdir. Şagirdlər öz hesablarına daxil olaraq “Hazırlıq” bölməsi üzrə təqdim olunan sualları cavablandıra bilərlər.

AzEdu.az xəbər verir ki, şagirdlər iki mətn (bədii və informativ) üzrə müxtəlif tipli sualları cavablandıracaqlar. Hazırlıq mərhələsi şagirdlərin “Yarış”a hazırlaşması məqsədini daşıyır.

Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlamaq, təhlil və nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox