Azedu.az

Mərkəzi Aranın icra başçıları: hansı ixtisaslar üzrə təhsil alıblar?

Xəbərlər

2 Fevral 2026, 16:35
Mərkəzi Aranın icra başçıları: hansı ixtisaslar üzrə təhsil alıblar?

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

AzEdu.az Mərkəzi Aran iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.

Qeyd edək ki, Mərkəzi Aran iqtisadi rayonuna  Göyçay, Mingəçevir, Yevlax, Kürdəmir, Ağdaş, Ucar və Zərdab rayonları daxildir.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov

Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmub. O, 1993-2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil alıb. Orxan Mürsəlov 2004-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi  marketinq ixtisası üzrə magistr dərəcəsi alıb.

176952

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İsmayılov İlham Mehdixan oğlu

15.07.1963-cü ildə Ucar şəhərində anadan olub,1986-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib, ixtisasca mühəndisdir.

1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş və “Politoloq ali  və orta təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi” ixtisası alıb. 1998-2004-cü  illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuş, 2004-cü ildə “Azərbaycanda demokratiya təsisatlarının formalaşması xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək siyasi elmlər  namizədi adını alıb.

176953

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Tağıyev Anar Aqil oğlu

25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta  məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. 

176954

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı  Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

176956

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2023-cü ildən York (İngiltərə) və Strasburq (Fransa) universitetlərində EMBA proqramı üzrə təhsilini davam etdirir.

176957

Ucar Rayonu İcra Hakimiyyətinin başçısı Məmmədov Mənsur Həmzə oğlu  20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur.

1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirib. 

176959

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Camalov Mərdan Talıb oğlu 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub.

1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 

176960

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox