Azedu.az

BDU-nun tələbəsi faciəli şəkildə həlak oldu

Xəbərlər

2 Fevral 2026, 13:03
BDU-nun tələbəsi faciəli şəkildə həlak oldu

Ötən gün Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində qardaşı ilə birlikdə həlak olan Səma Mirzəyevə tələbə imiş.

AzEdu.az xəbər verir ki o, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Dövlət və ictimai münasibətlər" ixtisasının üçüncü kursunda təhsil alırmış.

Xatırladaq ki, qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.

Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın fotosu

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox