Günəşdə X sinifli güclü alışma qeydə alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, alışma Bakı vaxtı ilə saat 03:57-də maksimum həddə çatıb. Hadisə Günəşin 4366 nömrəli aktiv bölgəsində baş verib. Alışma zamanı həmin bölgə Günəş-Yer xəttindən təxminən 35 dərəcə uzaqlıqda yerləşib.
Astronomların sözlərinə görə, bu mövqedən Yerə birbaşa zərbə ehtimalı istisna olunur. Yalnız mümkün yan təsirlərin olub-olmayacağı bir neçə saatdan sonra məlum olacaq.
Qeyd edilib ki, bu alışma hazırkı Günəş dövrü ərzində gücünə görə üçüncü yerdədir.
Xatırladaq ki, fevralın 1-də də Günəşdə yüksəksinifli alışma qeydə alınıb. Laboratoriyanın məlumatına görə, həmin alışmanın pik nöqtəsi Bakı vaxtı ilə saat 15:33-də baş verib və yaxın vaxtlarda yeni güclü hadisələrin yaşanması ehtimalı istisna edilmir. Daha sonra bildirilib ki, alışmanın Yerə ciddi təsir göstərməsi gözlənilmir, çünki aktiv bölgə Günəş Yer xəttindən uzaqda yerləşir.