Azedu.az

İsveçdə yeniyetmə qızların özünə xəsarəti artır

Xəbərlər

1 Fevral 2026, 16:20
İsveçdə yeniyetmə qızların özünə xəsarəti artır

İsveçdə 12-15 yaşlı qızlar arasında özlərinə xəsarət yetirərək tibbi yardıma ehtiyac duyanların sayı kəskin artıb.

AzEdu.az AZƏRTTAC-a istinadən xəbər verir ki, İsveçin Milli Səhiyyə və Sosial Təminat Şurasının məlumatına əsasən, 2015-ci ildən bəri bu cür halların sayı iki dəfə çoxalıb. Özünə xəsarət yetirmə tez-tez güclü emosiyaların – narahatlıq, utanc və kədərin öhdəsindən gəlmək üsulu kimi istifadə olunur.

Psixoloqlar bildirirlər ki, yeniyetməlik dövrü beynin intensiv inkişaf mərhələsidir və bu zaman emosiyalara nəzarət xüsusilə çətin olur. Tədqiqatlar göstərir ki, yeniyetmə qızların təxminən 20 faizi azı bir dəfə intihar niyyəti olmadan özünə xəsarət yetirməyə əl atıb.

Özünə xəsarət yetirmə davranışının artması gənclərin psixi sağlamlığının pisləşməsi, sosial şəbəkələrin təzyiqinin güclənməsi və pandemiyanın nəticələri ilə əlaqələndirilir. Eyni zamanda mütəxəssislər rifah halının əsas amilləri olan yuxu, qidalanma və fiziki fəallığın əhəmiyyətini vurğulayırlar.

Ekspertlər və ictimai təşkilatlar dəstək sistemində çatışmazlıqların olduğunu qeyd edirlər. Bu dövrdə intihar riskinin artmasına baxmayaraq, xəstəxanadan buraxıldıqdan sonra yalnız az sayda pasiyent vaxtında nəzarət altına alınır. Mütəxəssislər vurğulayırlar ki, açıq dialoq, böyüklərin dəstəyi və peşəkar yardıma çıxış yeniyetmələr arasında özünə xəsarət yetirmənin qarşısının alınmasında əsas rol oynayır.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox