"Həddindən artıq valideyn qayğısı uşağın inkişafına mane olur və onda səhv etmək qorxusu yaradır".
AzEdu.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında intellektual inkişaf və erkən uşaqlıq təhsili sahəsi üzrə ekspert Marina May deyib.
Onun sözlərinə görə, hər bir valideyn övladının xoşbəxt olmasını və qayğı gördüyünü hiss etməsini istəyir. Lakin qayğı ilə asılılıq və çarəsizlik arasındakı sərhəd olduqca incə və bəzən görünməz olur. Əsas problem ondan ibarətdir ki, valideynlər çox vaxt övladlarının nə qədər tez böyüdüyünə diqqət etmirlər. Bir çox valideyn üçün uşaqlar bir, beş, hətta səkkiz yaşlarında belə körpə olaraq qalırlar.
Mütəxəssis bildirib ki, erkən yaşlarda uşaqların köməyə ehtiyacı olsa da, müstəqillik tədricən formalaşdırılmalıdır:
"Yadda saxlamaq vacibdir ki, valideyn uşağına müstəqil qərarlar verməyə nə qədər gec icazə verərsə, övladının gündəlik və sosial bacarıqlar da daxil olmaqla, həyat üçün zəruri olan vərdişləri inkişaf etdirməyə bir o qədər az vaxtı qalacaq. Bu isə, şübhəsiz ki, onların gələcək həyatına təsir göstərəcək.
Axı ailə hər bir insanın həyatında ən vacib dəyərdir. Əgər ana beş yaşlı uşağa ayaqqabısını özü geyinməyə, səkkiz yaşlı uşağa isə şam yeməyi üçün sadə bir yemək hazırlamağa etibar etmirsə, ilk dəfə bunları təkbaşına etməli olduqda onlar özlərini güvənsiz hiss edəcəklər. Çünki onlara heç vaxt etibar edilməyib və bu hiss onlarda bacarıqsız olduqları düşüncəsini formalaşdıracaq".