Azedu.az

Oyunla böyüyən uşaqlar daha yaradıcı olur

Xəbərlər

31 Yanvar 2026, 14:24
Oyunla böyüyən uşaqlar daha yaradıcı olur

Son illər aparılan elmi araşdırmalar göstərir ki, uşaqların oynadığı təxəyyül oyunları onların beyin inkişafında mühüm rol oynayır. Alimlərin fikrincə, uşaq oyunda özünü həkim, müəllim və ya qəhrəman kimi təsəvvür etdikdə beynin yaradıcılıq və problem həll etmə qabiliyyəti güclənir.

AzEdu.az xəbər verir ki, bu cür oyunlar uşaqların emosional zəkanın formalaşmasına da müsbət təsir edir. Təxəyyül oyunları zamanı uşaqlar duyğularını ifadə etməyi, qarşılıqlı ünsiyyəti və empati qurmağı öyrənirlər. Bu bacarıqlar isə onların gələcək sosial həyatında vacib rol oynayır.

Araşdırmalara görə, təxəyyülə əsaslanan oyunlarla məşğul olan uşaqlar daha rahat ünsiyyət quran və özünə güvənən fərdlər kimi yetişirlər. Onlar yeni vəziyyətlərə tez uyğunlaşır və stresslə mübarizədə daha dayanıqlı olurlar.

Psixoloqlar valideynlərə tövsiyə edir ki, uşaqların oyunlarını məhdudlaşdırmaq əvəzinə, onları ekransız, sərbəst və yaradıcı oyunlara təşviq etsinlər. Bu, uşağın həm psixoloji, həm də intellektual inkişafı üçün sağlam zəmin yaradır.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox