Yaponiyanın Azabu Universitetində aparılan tədqiqat nəticəsində müəyyən olunub ki, it sahibi olan yeniyetmələr sosial bacarıqlarda daha aktiv, emosional dəstək və yoldaşlıq hissində isə daha zəngin olurlar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, itlə yaşayan uşaqlar daha az stres və narahatlıq yaşayır, sosial problemlərlə mübarizədə daha uğurludurlar.
Mütəxəssislər vurğulayır ki, heyvanlarla qarşılıqlı əlaqə yalnız əyləncə məqsədi daşımır, həm də psixi sağlamlığın qorunmasında mühüm rol oynayır. Bu tapıntılar valideynlər və müəllimlər üçün yeniyetmələrin sosial və emosional inkişafını dəstəkləmək baxımından əhəmiyyətlidir.
Araşdırma nəticələri iScience jurnalında dərc olunub və beynəlxalq alimlər arasında geniş maraq doğurub.