Azedu.az

NASA insanları yenidən Aya aparır

Xəbərlər

31 Yanvar 2026, 09:04
NASA insanları yenidən Aya aparır

NASA-nın “Artemis” proqramı ilə bəşəriyyət yarım əsrdən sonra yenidən Aya qayıtmağa hazırlaşır.

AzEdu.az xəbər verir ki, proqram Ayın cənub qütbünün araşdırılmasını, onun orbitində ilk kosmik stansiyanın – “Gateway”in qurulmasını və gələcək Mars missiyalarına zəmin yaradılmasını hədəfləyir.

1969-cu ildə “Apollo” missiyaları ilə başlayan Ay araşdırmaları bu dəfə daha geniş elmi məqsədlərlə davam etdiriləcək. “Artemis” çərçivəsində tarixdə ilk dəfə bir qadın və qaradərili astronavtın Aya enməsi planlaşdırılır.

Ayın cənub qütbündə donmuş su ehtiyatlarının mövcudluğu gələcəkdə içməli su, oksigen və raket yanacağı istehsalına imkan verə bilər. Alimlər bu bölgəni Günəş sisteminin tarixi üçün “zaman kapsulu” adlandırırlar.

Proqramın əsas mərhələləri “Artemis II” (2026) - ekipajlı Ay ətrafı uçuş, “Artemis III” (2027) - insanların Ay səthinə enişi və “Artemis IV” – “Gateway” kosmik stansiyasının qurulmasından ibarətdir.

Bildirilir ki, “Artemis” proqramı Ayda daimi insan mövcudluğuna və Marsa gedən yolun açılmasına xidmət edəcək.

 


Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox