2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2026-cı il Gənclər üçün Prezident mükafatı verilib.
Onlardan 2-si – Gülbağda Leysanova Hacıyeva 2019-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin, Lamiyə Məmmədova isə 2020-ci ildə BDU-nun Filologiya fakültəsinin SABAH qrupları üzrə məzunu olub.