Azedu.az

Dövlət orqanlarında 44 vakant vəzifə üzrə daxili müsahibə elan edilib

Xəbərlər

29 Yanvar 2026, 17:33
Dövlət orqanlarında 44 vakant vəzifə üzrə daxili müsahibə elan edilib

Bu gün 18 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 44 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 3-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 8-i beşinci təsnifatına, 18-i altıncı təsnifatına və 15-i yeddinci təsnifatına aiddir.

Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti(14 vəzifə) tərəfindən təqdim olunub. Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 10-u Naxçıvan Muxtar Respublikasının 6 dövlət orqanı, 9-u isə 4 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 12-si saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox