Azedu.az

Azyaşlıların istintaq prosesinə psixoloqlar cəlb olunacaq

Xəbərlər

28 Yanvar 2026, 11:04
Azyaşlıların istintaq prosesinə psixoloqlar cəlb olunacaq

Yetkinlik yaşına çatmamış şəxslərlə əlaqədar istintaq proseslərində iştirak etməli olan şəxslərin əhatə dairəsi genişləndirilir.

AzEdu.az xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan layihəyə əsasən, uşaqların dindirilməsi, üzləşdirilməsi və digər proseslər zamanı müəllim, həkim, tərcüməçi və uşağın şəxsin qanuni nümayəndəsi ilə yanaşı psixoloqlar da iştirak edəcək.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox