Azedu.az

Keçmiş təhsil naziri Rusiyada diplomatik nümayəndə təyin edilib

Xəbərlər

27 Yanvar 2026, 13:59
Keçmiş təhsil naziri Rusiyada diplomatik nümayəndə təyin edilib

Aleksandre Tsuladze İsveçrənin Rusiyadakı səfirliyi nəzdindəki Gürcüstanın maraqları bölməsinin rəhbəri təyin olunub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, o, bu vəzifədə Mamuka Merkviladzeni əvəzləyib.

Gürcüstanın Xarici İşlər Nazirliyi Aleksandre Tsuladzenin Rusiyaya diplomatik nümayəndə təyin edilməsini təsdiqləyib.

Qeyd edək ki, Aleksandre Tsuladze 2024-2025-ci illərdə Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsini tutub.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr 2008-ci il müharibəsindən sonra dayandırılıb. Hər iki ölkənin maraqlarını Tbilisi və Moskvada İsveçrə səfirliklərindəki bölmələr təmsil edir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox