Azedu.az

Süni intellekt 33 il sonra məzunları gənclik illərinə qaytardı - VİDEO

Xəbərlər

26 Yanvar 2026, 12:03
Süni intellekt 33 il sonra məzunları gənclik illərinə qaytardı - VİDEO

33 ildən sonra keçən əsrin tələbələri bu əsrin ixtisasçıları ilə üz-üzə gəldilər.

Onlar gənclik illərini birlikdə gözdən keçirdilər: həyəcanlı xatirələr, soyuqqanlı qiymətləndirmələr. Bir zamanlar inandıqları, amma yararsız kölə ideoloji mühitin tələbələri sanki güzgüdən baxırmış kimi, reallıqdakı yeni azadlıq və xatirə söhbətlərini dinləyərək gah güldülər, gah ağladılar, gah utandılar, gah sevindilər, gah da fikrə daldılar.

Sonda yəqin ki, qürurlandılar. İxtisasçıların qəlblərindəki xoş həyacan titrəyişləri, tələbələrin sevinclərinin güzgüsündə əks olunurdu sanki. Çünki onlar iki əsrin qovşağında köləliyə üsyan etmiş, torpaqlarından itirmiş olsalar da, azadlığa qovuşmuşdular.

33 il sonra tam suverenlik və bütövlük əldə etmiş, dünya düzənindəki bəzi zəncirləri qıraraq doğma torpaqlarını düşmən tapdağından qurtararaq azad etmişlər.

Və bu, bu günün gənclərinə çağırışdır: keçmişdən dərs alın, azadlıq və bilik yolunu qoruyun. Səhvlərdən qorxmayın, çalışın, birlikdə yüksəlin, çünki gələcək sizin əlinizdədir! Yüksəlib birləşməkdənsə, birləşib yüksəlməyi unutmayın!

Elbrus Hüseynov Sobu

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox