Azedu.az

ABŞ-də əhsilin əlçatanlığı ilə bağlı razılaşma imzalanıb

Xəbərlər

24 Yanvar 2026, 16:33
ABŞ-də əhsilin əlçatanlığı ilə bağlı razılaşma imzalanıb

ABŞ-ın Utah ştatında siyasətçilər və universitet rəhbərləri ali təhsilin daha əlçatan və münasib qiymətli olması məqsədilə razılaşma imzalayıblar. Razılaşma dövlət ali təhsil sistemində maliyyə dəstəyinin gücləndirilməsini nəzərdə tutur.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,  sənəd çərçivəsində universitetlərin maliyyələşdirilməsinin artırılması, təhsil haqlarının nəzarətdə saxlanılması və tələbələr üçün əlavə dəstək mexanizmlərinin yaradılması planlaşdırılır. Tərəflər bu addımın ali təhsilə çıxışı genişləndirəcəyini və tələbələrin maliyyə yükünü azaltmağa xidmət edəcəyini bildiriblər.

Rəsmilər qeyd ediblər ki, razılaşma həmçinin ştatın iqtisadi inkişafı üçün ixtisaslı kadr hazırlığının gücləndirilməsinə töhfə verəcək. Qərarın icrası ilə bağlı detallı mexanizmlərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox