Azedu.az

Quba-Xaçmaz bölgəsinin icra başçıları hansı ixtisaslar üzrə təhsil alıb?

Xəbərlər

24 Yanvar 2026, 13:47
Quba-Xaçmaz bölgəsinin icra başçıları hansı ixtisaslar üzrə təhsil alıb?

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

AzEdu.az Quba-Xaçmaz  iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.

Qeyd edək ki, Quba-Xaçmaz  iqtisadi rayonuna Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran inzibati rayonları daxildir.

 

176540

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mahmudov İlqar Akif oğlu 02 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu 211 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakultəsinə daxil olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib.  2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər və 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultələrində əlavə təhsil alıb. 

176541

Qusar Rayon İcra Hakimin başçısı Məmmədxanov Sahir Polad oğlu 05 noyabr 1959-cu ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur.

1967-1977-ci illərdə İsmayıllı rayonunun Qubaxəlilli kənd orta məktəbində təhsil alıb. 1981-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına qəbul olmuş, 1985-ci ildə həmin universiteti bitirib.

 

176542

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

 

176543

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruzov Novruz 1954-cü il mayın 2-də Lerik rayonunun  Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə  1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 

176544

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 

 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox