Azedu.az

Kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib 

Xəbərlər

23 Yanvar 2026, 21:08
Kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib 

Yanvarn 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı  vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib. 

 AzEdu.az xəbər verir ki, test imtahında 5-15 dekabr 2025-ci il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizəddən 74-ü   iştirak edib. 

İmtahanda hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunub və test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb. 
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 32, kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 34 vəzifə çıxarılıb.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox