Azedu.az

Azərbaycan İdman Akademiyası “TələbəPlus”a qoşulub

Xəbərlər

23 Yanvar 2026, 17:06
Azərbaycan İdman Akademiyası “TələbəPlus”a qoşulub

Yanvarın 23-də Azərbaycan İdman Akademiyasında (ASA) “TələbəPlus” layihəsi çərçivəsində Təhsilin İnkişafı Fondu (TİF) ilə birgə əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunmuş görüş keçirilib.

TİF-dən AzEdu.az-a bildirilib ki, ASA-nın rektoru Fuad Hacıyev qonaqları salamlayaraq tələbə məmnuniyyətinin artırılmasının, onların sosial rifahının və gündəlik ehtiyaclarının dəstəklənməsindən danışıb.

TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli fondun təhsilin inkişafına yönəlmiş proqramları haqqında məlumat verərək “TələbəPlus” layihəsinin tələbələrin sosial və maliyyə imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Sonda “TələbəPlus” layihəsi çərçivəsində TİF ilə ASA arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, “TələbəPlus” layihəsi TİF, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə reallaşır.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox