Azedu.az

Hatayda 17 yaşlı şagird məktəb həyətində ölü tapıldı 

Xəbərlər

23 Yanvar 2026, 16:09
Hatayda 17 yaşlı şagird məktəb həyətində ölü tapıldı 

Hatayın Hassa rayonunda 17 yaşlı şagird Fatih G. orta məktəb həyətində ölü vəziyyətdə aşkar edilib.

AzEdu.az Türkiyə KİV-inə istinadən xəbər verir ki,, Fatih G. əvvəlki gün axşam saatlarında atasına məxsus av tüfəngini götürərək evdən çıxıb və geri qayıtmayıb. Gecə boyunca onu axtaran ailə məktəbin bağlı olması səbəbindən həyətə baxmayıb, səhər isə gəncin meyiti skamyada, av tüfəngi ilə birlikdə tapılıb.

Hadisə yerinə çağırılan tibbi yardım və polis briqadaları Fatih G.-nin artıq həyatını itirdiyini müəyyən ediblər.

Polis faktla bağlı geniş istintaq tədbirlərinə başlayıb. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır

Zeynəb Tehranlı

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox