Azedu.az

Soyuqdəymə virusdan yox, bədənin reaksiyasından asılıdır

Xəbərlər

23 Yanvar 2026, 10:57
Soyuqdəymə virusdan yox, bədənin reaksiyasından asılıdır

Yeni araşdırma göstərir ki, soyuqdəymənin necə keçməsi əsasən virusdan yox, orqanizmin ona verdiyi ilkin reaksiyadan asılıdır.

AzEdu.az-ın məlumatına görə, burun boşluğundakı hüceyrələr rinovirusa qarşı ilk müdafiə xətti rolunu oynayır və vaxtında aktivləşdikdə xəstəliyin qarşısını ala bilir.

Tədqiqat Cell Press Blue jurnalında dərc olunub. Nəticələr göstərir ki, burun selikli qişasında yaranan sürətli antiviral cavab virusun yayılmasını dayandıra bilər. Əgər bu cavab zəif və ya gec olarsa, infeksiya yayılır, iltihab yaranır və tənəffüs problemləri meydana çıxır.

Araşdırmanın aparıcı müəllifi, Yale Universitetinin Tibb Məktəbinin alimi Ellen Foksman, rinovirusların yalnız soyuqdəyməyə səbəb olmadığını, həmçinin astma və digər xroniki ağciyər xəstəlikləri olan insanlarda ciddi fəsadlara yol aça biləcəyini bildirib.

Alimlər vurğulayırlar ki, bu tapıntılar gələcəkdə soyuqdəymənin qarşısını almaq üçün yeni profilaktik üsulların hazırlanmasına əsas verə bilər.

Zeynəb Tehranlı

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox