Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
AzEdu.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Emin Məhəmməd oğlu Əliyev, 1990-cı il təvəllüdlü Günel Səməndər qızı Əliyeva, onların övladları - 2009-cu il təvəllüdlü Məhəmməd Emin oğlu Əliyev və 2012-ci il təvəllüdlü Mədinə Emin qızı Əliyeva yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Onlar Sumqayıt Tibb Mərkəzinə hospitalizasiya olunublar.
Bildirilib ki, həmin şəxslərin vəziyyəti qənaətbəxşdir:
"Yanvarın 22-si saat 02:40-da dəm qazından zəhərlənmə şübhəsilə 2-si yeniyetmə olmaqla 4 nəfər (2 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Daha sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən sözügedən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".