Azedu.az

Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

AzEdu Təhsil Platforması

21 Yanvar 2026, 20:20
Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüş keçirilib. 
 

AzEdu.az xəbər verir ki, görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib. 
 

Görüş zamanı Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
 

Qeyd edək ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Hacettepe və Ankara universitetlərini də  ziyarət edib.

 

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox