Azedu.az

Qara görə dərslər dayandırılacaq? - RƏSMİ CAVAB

Xəbərlər

21 Yanvar 2026, 19:08
Qara görə dərslər dayandırılacaq? - RƏSMİ CAVAB

Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir.

AzEdu.az xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib. 

Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır. 

Qeyd edilib ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir. 

“Bununla yanaşı bildiririk ki, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır. Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik təminatı normal qaydada həyata keçirilir”, - MÜTDA-nın məlumatında deyilir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox