Ötən il Azərbaycanda dördəm dünyaya gəlməyib.
AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2025-ci il ərzində dördəm uşaqların doğumu qeydə alınmayıb. Eləcə də həmin dövr ərzində 3 064 əkiz uşağın doğumu qeydə alınıb ki, onlardan 1 517-si qız, 1 547-si isə oğlan olub.
Qeyd edək ki, 2024-cü ildə 3386 (1709 qız, 1677 oğlan) əkiz və 4 dördəm dünyaya gəlmişdi. Dördəmlərin hər biri oğlan olub.