Məlumdur ki, bir neçə gündür ölkə ərazisində qarlı hava şəraiti hökm sürür. Dağlıq və dağətəyi rayonlarda yağan qar bir sıra infrastruktur sahələrinə təsirsiz ötüşməyib.
Belə hava şəraitində dərsə getmək şagirdlər üçün müəyyən çətinliklər yaratsa da, vəziyyətin real mənzərəsini öyrənmək məqsədilə AzEdu.az Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, hazırda məktəblilərin dərsə davamiyyəti və təhsil müəssisələrində istilik sistemi ilə bağlı hər hansı problem mövcud deyil.
Nazirlikdən təqdim olunan və valideynlər tərəfindən göndərilən şəkillər də bunu təsdiqləyir. Fotolardan görünür ki, uşaqlar çətinliklərə baxmayaraq dərsə maraqla gedir, qarlı hava isə onlar üçün maneədən çox sevinc mənbəyinə çevrilib. Şagirdlərin məktəbə böyük həvəs və enerji ilə yollanması tədris prosesinin davam etdiyini və onların əhval-ruhiyyəsinin yüksək olduğunu göstərir.
Şəkilləri təqdim edirik: