Azedu.az

Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb

Xəbərlər

20 Yanvar 2026, 17:27
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox