Azedu.az

TikTok Avropada 13 yaşdan kiçik hesabları bloklayacaq

Xəbərlər

20 Yanvar 2026, 14:43
TikTok Avropada 13 yaşdan kiçik hesabları bloklayacaq

Sosial media platforması TikTok Avropada 13 yaşdan kiçik istifadəçiləri aşkar etmək və onların hesablarını bloklamaq məqsədilə yeni yaş təsdiqi texnologiyasını tətbiq etməyə hazırlaşır.

AzEdu.az xəbər verir ki, yeni sistem istifadəçilərin profil məlumatlarını, paylaşdıqları videoları və platformadakı davranışlarını analiz edərək hesab sahibinin yaşını təxmin edəcək.

TikTok-un məlumatına görə, şübhəli hesablar ilkin olaraq avtomatik sistem tərəfindən müəyyən ediləcək, daha sonra isə insan moderatorların qiymətləndirməsinə təqdim olunacaq. Pilot tətbiq mərhələsində minlərlə yetkinlik yaşına çatmamış hesab bu üsulla aşkarlanaraq bağlanıb.

Yanlışlıqla işarələnmiş istifadəçilər qərara etiraz etmək üçün üz tanıma, kredit kartı təsdiqi və ya şəxsiyyət vəsiqəsi vasitəsilə yaşlarını təsdiqləyə biləcəklər. Şirkət bildirib ki, gənc istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli qoruma mexanizmlərinin tətbiqi vacibdir.

Bununla yanaşı, bəzi uşaq hüquqlarını müdafiə edən təşkilatlar və onlayn təhlükəsizlik üzrə mütəxəssislər yeni sistemi tənqid ediblər. Onların fikrincə, bu cür məhdudiyyətlər uşaqları daha az nəzarət olunan platformalara yönəldə və valideynlərdə yanlış təhlükəsizlik hissi yarada bilər.

Zeynəb Tehranlı

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox