Azedu.az

Sabah Bakıda və rayonlarda qar yağacaq

Xəbərlər

20 Yanvar 2026, 13:09
Sabah Bakıda və rayonlarda qar yağacaq

Yanvarın 21-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox