Azedu.az

Alimlər beyin fəaliyyətinə təsir edən yeni mexanizm aşkarlayıb

Xəbərlər

20 Yanvar 2026, 09:53
Alimlər beyin fəaliyyətinə təsir edən yeni mexanizm aşkarlayıb

ABŞ-nin Johns Hopkins Universitetinin alimləri beyin fəaliyyətinə təsir göstərən mühüm elmi kəşf ediblər.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət passiv hesab olunan GluD adlı beyin zülallarının əslində neyronlararası əlaqələrin qurulmasında və beyin ünsiyyətində aktiv rol oynadığı müəyyənləşdirilib.

Araşdırma göstərir ki, bu zülalların fəaliyyətinin tənzimlənməsi narahatlıq, şizofreniya və hərəkət pozuntuları kimi nevroloji və psixi xəstəliklərin müalicəsində yeni imkanlar aça bilər.

Alimlər bildirirlər ki, GluD zülalları beyin rabitəsini dəqiq idarə etməyə imkan verən potensial dərman hədəfi kimi çıxış edir.

Tədqiqat ABŞ Milli Sağlamlıq İnstitutlarının (NIH) maliyyə dəstəyi ilə aparılıb və nəticələr nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.

Zeynəb Tehranlı

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox